Kərəm Məmmədovdan, Gədəbəy, Azərbaycan
07 sentyabr 2012, 16:00
Möhtərəm Prezident!
Sizin Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun əsaslı təmiri üçün vəsait ayrılması ilə bağlı imzaladığınız Sərəncam bizi çox sevindirdi. Sizin Gədəbəydə abadlıq-quruculuq işlərinə, təbii qaz çəkilişinə göstərdiyiniz diqqət və qayğı bizim hər birimizin ürəyindəndir. Ona görə də bütün gədəbəylilər hər vaxt Sizin daxili və xarici siyasətinizi dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir. Sizin bu Sərəncamınız sərhəd bölgəsində yaşayan bütün gədəbəylilərin alqışına səbəb olmuşdur. Sizə bütün gədəbəylilər adından minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Məmmədov Kərəm Saleh oğlu,
Rayon ağsaqqallar şurasının sədri.
Azərbaycan Respublikası, Gədəbəy rayonu.