İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışında iştirak etmişdir

07 oktyabr 2012, 14:30

Prezident İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Gilan” MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində inşa edilən süd emalı zavodunun tikintisi rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, süd məhsullarının müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım olacaqdır. Ümumi ərazisi 1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min kvadratmetrdir. Beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator quraşdırılmışdır. 

Prezident İlham Əliyev zavodu işə saldı. 

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına “Gilan” holdinqin idarə heyətinin sədri Cəmil Muradov məlumat verdi ki, sutkalıq emal gücü 20 ton olan zavoda süd Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilmişdir. Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilmişdir. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. 

Dövlət başçısı burada nümayiş etdirilən hazır məhsulların nümunələrinə baxdı. 

Qeyd edildi ki, müasir havalandırma sistemi sexlərdə normal şəraitin təmin edilməsinə imkan yaradır. Zavodda ağartı məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur. 

Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40
SƏNƏDLƏRFərmanlar19 iyul 2018
12:20
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nöm...

19 iyul 2018, 12:20
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50