Ceyhun Cəlilovdan, Kolçester, Böyük Britaniya
15 oktyabr 2012, 14:00
Möhtərəm cənab Prezident!
Sizin ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı kimi atdığınız addımlar biz gənclərdə daim ruh yüksəkliyi yaradır. Belə ki, Sizin müvafiq sərəncamınızla təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkəmizin kadr potensialının gücləndirilməsi, habelə qeyd olunan Dövlət Proqramı çərçivəsində təhsil alan gənclər tərəfindən Azərbaycanın təbliğatı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, mən 2012-2013-cü tədris ili ərzində magistr təhsilimi sözügedən Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində davam etdirirəm. Rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar nəticəsində bu Dövlət Proqramının uğurla icra edilir. Xaricdə təhsil alacaq gənclərin seçimində şəffaflıq və obyektivlik əsas amildir. Bu isə öz növbəsində gənclərin təhsilə və elmə olan marağını artırmaqdadır. Azərbaycan gənclərinin inkişafında misilsiz xidmətlərinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bir Azərbaycan gənci olaraq mənə göstərilən etimadı doğruldacaq, ölkəmizə təkmilləşmiş kadr kimi dönəcək, habelə təhsil aldığım müddət ərzində Azərbaycançılıq ideyalarının təbliğində bütün gücümü səfərbər edəcəyəm.
Dərin hörmət və ehtiramla,
Cəlilov Ceyhun Ramiz oğlu,
Esseks Universitetinin magistrı.
Böyük Britaniya, Kolçester şəhəri.