Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin bir sıra hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 sentyabr 2010, 20:18

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Abbasov Qurban Rəşid oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi

Abdullayev Vəli Əsgər oğlu - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi

Allahverdiyeva Ramella Allahverdi qızı - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi

Ataşova Raziya Hüseyn qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi

Həsənov Allahverən Məhərrəm oğlu - Şuşa Rayon Məhkəməsinin hakimi

Hüseynov Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi

Hüseynov Salman Bilal oğlu Gəncə Hərbi Məhkəməsinin hakimi

Hüseynov Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi

2. Abdullayev Vəli Əsgər oğlu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin. 

3. Hüseynov Müseyib Abbas oğlu 1 saylı Bakı yerli iqtisad məhkəməsinin sədri təyin edilsin. 

4. Hüseynov Zeyqəm Hüseyn oğlu Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2010-cu il. 

SƏNƏDLƏRSərəncamlar24 may 2018
17:59
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi il...

24 may 2018, 17:59