Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona
08 sentyabr 2010, 18:09
Hörmətli Emoməli Şərifoviç,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim geniş imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması məqsədilə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, “16” avqust 2010-cu il