Firdovsi Məmmədov və başqalarından, Goranboy, Azərbaycan
21 dekabr 2012, 14:20
Möhtərəm Prezident!
Goranboy rayonu Qızılhacılı qəsəbəsinin bir qrup sakini bu məktubu Sizə ünvanlamaqla bildirmək istəyirlər ki, Sizin regionlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar imzaladığınız Sərəncam və Fərmanlar yerli əhali tərəfindən bəyənilir və dəstəklənir. Belə ki, respublikamızda aparılan abadlıq və quruculuq işləri, yeni yolların, yeni qəsəbələrin salınması, yerlərdə idarə və müəssisələr üçün yeni binaların, məktəb və uşaq bağçalarının tikilib isifadəyə verilməsi buna əyani sübutdur.
Hörmətli cənab Prezident!
Qızılhacılı qəsəbəsi 02 saylı tam orta məktəbin yenidən, müasir standartlara uyğun şəkildə tikilərək 15 sentyabr 2012-ci il tarixindən etibarən istifadəyə verilməsi qəsəbə sakinlərini hədsiz sevindirmişdir. İndiyə kimi qəsəbə 02 saylı tam orta məktəb çox bərbad, yöndəmsiz, süni qızdırıcılarla təchiz olunmuş vəziyyətdə idi. Uşaqlarımız qaranlıq, alçaq, heç bir şəraiti olmayan sinif otaqlarında dərs alırdılar. Yeni tikilmiş məktəb binası yüksək səviyyədə inşa edilmiş və bütün lazımi avadanlıqlarla təchiz edilmişdir.
Odur ki, biz Qızılhacılı qəsəbə sakinləri, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Məmmədov Firdovsi Əliqulu oğlu
Məmmədov Fərux Əli oğlu
Əliquluzadə Sevinc Firdovsi qızı
Məmmədov Aslan Həmid oğlu
Məmmədova Vüsalə Eldar qızı
Əliyev Nizaməddin Məhərrəm oğlu
Yusifova Hökumə Hüseyn qızı
İsayeva Aqilə Yunis qızı
Dosiyeva Qonçə Mikayıl qızı
Göyüşova Nurlana Məhəmməd qızı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.
20 dekabr 2012-ci il.