Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2012, 16:55

Dekabrın 24-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq münasibətlərinin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.