Türkdilli ölkələrin dövlət başçıları birgə mətbuat konfransı keçirmişlər

16 sentyabr 2010, 19:10
Türkdilli ölkələrin dövlət başçıları birgə mətbuat konfransı keçirmişlər

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər.

Mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül dedi ki, X zirvə toplantısı çox səmərəli keçib, bir sıra mühüm məsələlər müzakirə olunub. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir. Türkiyəli diplomat Xəlil Akınçı türkdilli ölkələr üçün xüsusi önəmi olan bu qurumun baş katibi təyin olunub.

Türkiyə Prezidenti qeyd etdi ki, Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcəkdir. Ankarada fəaliyyət göstərən TÜRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli Ölkələrin Parlament Assambleyası, Astanadakı Türk Akademiyası isə Şuranın gücləndirilməsi istiqamətində çalışacaqdır. Zirvə görüşündə, həmçinin qərara alındı ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.

Abdullah Gül bildirdi ki, Astana 2012-ci ildə türk mədəniyyətinin paytaxtı, oktyabrın 3-ü isə Türkdilli ölkələrin əməkdaşlıq günü elan olunub. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alındı.

Sonra dövlət başçıları jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat nümayəndələrinin suallarına cavab verdi.

Mətbuat konfransından sonra dövlət başçıları birgə foto çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10