İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatmışdır

13 mart 2013, 11:45
İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatmışdır.

Podqoritsa Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Monteneqronun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Dövlətimizin başçısı martın 13-də Bakıya qayıtdı.

gallery-photogallery-photo