İlham Əliyev “The Business Year” jurnalının baş direktorunu, jurnalın baş redaktorunu və buraxılışa məsul əməkdaşlarını qəbul etmişdir

04 aprel 2013, 15:45
İlham Əliyev  “The Business Year” jurnalının baş direktorunu, jurnalın baş redaktorunu və buraxılışa məsul əməkdaşlarını qəbul etmişdir

Prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentini, jurnalın baş redaktoru Ceyson Conu və buraxılışa məsul əməkdaşlarını qəbul etmişdir.

İnvestisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentin ölkəmizlə bağlı layihələrə ilk dəfə 2010-cu ildə başladıqlarını məmnunluqla qeyd etdi. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışlarının maraqla qarşılandığını qeyd edən qonaq bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı xüsusi material hazırladıqlarını dedi.

Dövlətimizin başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördükləri işləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev “The Business Year” jurnalının ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını dedi. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirən dövlətimizin başçısı “The Business Year: Azerbajan-2013” xüsusi buraxılışının əhəmiyyətini qeyd etdi.

“The Business Year” jurnalının Prezident İlham Əliyevi “İlin adamı” seçdiyini qeyd edən jurnalın baş redaktoru Ceyson Con bunun Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümum daxili məhsulun son 5 ildə dəfələrlə artması, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu dedi.

Sonra “İlin adamı” mükafatı dövlətimizin başçısına təqdim olundu.

Prezident “İlin adamı” mükafatına görə təşəkkürünü bildirdi. Sonra dövlətimizin başçısı Azərbaycanda əldə olunan bütün uğurların əsasında ölkənin sürətli iqtisadi inkişafının dayandığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılıq azalmış, neft gəlirlərinin şəffaf şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə qədər enmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa toxunan dövlətimizin başçısı Azərbaycanın kosmik ailənin üzvü olmasının önəmini qeyd etdi. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu deyən Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan danışdı. Dövlətimizin başçısı ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğuladı.

Prezident İlham Əliyev “The Business Year” jurnalının enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə Azərbaycanı olduğu kimi təqdim etdiyinə görə yaradıcı kollektivə təşəkkürünü bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35