İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olmuşdur

24 aprel 2013, 12:00

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli səfərlərin Azərbaycan ilə Latviya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Dövlət başçıları ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər. Bu səfərin həmin sahələrin müəyyənləşdirilməsi işinə töhfələr verəcəyi qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində ölkəmizin Latviya ilə münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olundu.

Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:20
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barəd...

18 iyul 2018, 20:20