Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

03 iyul 2013, 18:11

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ötən dövrdə bu münasibətlərin keçdiyi böyük inkişaf yolu məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Biz, həmçinin xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyun 2013-cü il.

SƏNƏDLƏRFərmanlar23 aprel 2018
20:10
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci ...

23 aprel 2018, 20:10
SƏNƏDLƏRSərəncamlar23 aprel 2018
20:00
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1017-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2...

23 aprel 2018, 20:00