Şaqlar Xalikovdan, Dərbənd, Dağıstan
03 iyul 2013, 18:00
Hörmətli cənab Prezident!
Zəngin yaradıcılıq yolu keçən və Azərbaycan mədəniyyətinə öz töhfələrini verən Dərbənd Dövlət Azərbaycan Dram Teatrının kollektivi ulu öndər Heydər Əliyevin teatr sənətimizə göstərdiyi böyük himayədarlıq missiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsini çox yüksək qiymətləndirir. Azərbaycan teatrının 140 illik yubileyi münasibətilə mənə və teatrın baş rejissoru Laləzar Hüseynovaya “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verməyinizi kollektivimiz böyük sevinclə qarşıladı. Kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dağıstan Respublikasında yaşayan bütün azərbaycanlılar Sizin siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirlər.
Dərin hörmət və ehtiramla,
Şaqlar Xalikov
Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri