Verdiyev Rüstəm Allahverdi oğlu, Gəncə, Azərbaycan
10 avqust 2013, 12:00
Çox hörmətli cənab Prezident. Sizin Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğının nəticəsində sakini olduğumuz Nizami prospektində su, qaz, elektrik xətləri yenidən çəkilmiş, yollar genişləndirilərək təmir edilmişdir. Əlli il bundan əvvəl vurulmuş dam örtükləri yenisi ilə əvəz edilmiş, evlərin hasarları qədim memarlıq üslubu ilə kərpiclə hörülmüşdür.
Həyata keçirilən bu cür abadlıq və quruculuq işləri insanların gözəl şəhərdə rahat yaşamasına səbəb olmuşdur.
Bütün bu görülən işlərə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür və can sağlığı arzulayırıq.
Dərin hörmətlə Gəncə şəhəri Nizami küçəsi 14, ev-1-də yaşayan sakinlərin adından Verdiyev Rüstəm Allahverdi oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri