İlham Əliyev Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

17 avqust 2013, 12:00

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsidir. Ümumi amallar naminə göstərilən uğurlu fəaliyyətdə partiyanın rayon təşkilatlarının rolu danılmazdır. Bu gün Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən yeni inzibati binalar müasirliyi ilə diqqəti çəkir. Bu binalarda ən yüksək şərait yaradılır. Belə binalardan biri də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasıdır.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanmışdır. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq salınmışdır. Tikinti işləri yüksək keyfiyyətlə görülmüş və qısa müddətdə başa çatdırılmışdır.

İkimərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Foyedə Yeni Azərbaycan Partiyasının yaranma tarixini əks etdirən guşə yaradılmışdır. Burada Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin siyasi fəaliyyətləri ilə bağlı yaradılan fotostend də böyük maraq doğurur. Binadakı akt zalında da hər cür şərait vardır. Müasir akustika sistemi və digər zəruri avadanlıqla təchiz edilən 100 yerlik zalda istər partiyanın fəaliyyəti, istərsə də rayonun ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Diqqətə çatdırıldı ki, binada 15 nəfərlik konfrans zalı da vardır. Bütün inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Yeni Azərbaycan Partiyası rayon təşkilatları üçün belə müasir binaların tikilməsi, ilk növbədə, işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar açır.

Prezident İlham Əliyev binada yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

SƏNƏDLƏRSərəncamlar17 iyul 2018
18:35
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqti...

17 iyul 2018, 18:35
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
18:30
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlə...

17 iyul 2018, 18:30