İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

17 avqust 2013, 15:40

Prezident İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, Heydər Əliyev prospekti və 28 May küçəsinin bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir.

Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxdı.

Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzdi. Bildirildi ki, burada yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanmışdır. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilmişdir. Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılmışdır. Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilmişdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunmuşdur. Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənmiş, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınmışdır. Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00