Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir

11 oktyabr 2013, 13:40

Oktyabrın 11-də Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Bidzina İvanişvili prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etmişlər.