Çin Xalq Respublikasının Sədri Si Tszinpindən

14 oktyabr 2013, 13:30

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.

Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm.

Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Hörmətlə,

Si Tszinpin

Çin Xalq Respublikasının Sədri

SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00