Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir

17 oktyabr 2013, 14:38

Oktyabrın 17-də Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.