Rza Cəlalovdan, Şəki, Azərbaycan
28 oktyabr 2013, 12:30
Çox hörmətli Prezident!
Baş Göynük kəndinin bütün sakinləri adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, məsul və şərəfli vəzifənizdə uğurlar arzulayırıq.
Hörmətli cənab Prezident, ölkəmizə rəhbərlik etdiyiniz illərdə respublikamızın hər yerində, o cümlədən Şəki rayonunda və ucqar dağ kəndi olan Baş Göynükdə dövlətimiz tərəfindən həyata keçirilmiş işləri saymaqla bitməz. Ancaq görülmüş işlərin ən əsasları - “Şin” çayı üzərində inşa edilmiş 2 nəhəng körpü, Şəki-Göynüklər-Qax magistral avtomobil yolunun tamamilə yenidən qurulması, Baş Göynük kəndində 2 ədəd 640 şagird yerlik tam orta məktəbin, Baş Şabalıd kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi, Baş Şabalıd-Baş Göynük–Aşağı Göynük avtomobil yolunun çəkilişi, Baş Göynük həkim məntəqəsinin tikintisi, “Şin” və “Quruçay” çaylarında mühafizə bəndlərinin tikintisi bizə belə deməyə əsas verir ki, İlham Heydər oğlu Əliyev hər bir azərbaycanlının Prezidentidir. Biz Sizinlə qürur duyur, bədxah, nanəcib insanları qınayırıq. Eşq olsun Azərbaycan xalqına ki, onun Sizin kimi Prezidenti vardır.
Baş Göynük əhalisi adından dərin hörmətlə,
Cəlalov Rza Hacıxan oğlu.
Azərbaycan Respublikası, Şəki rayonu.