İlham Əliyev Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkilini qəbul etmişdir

29 oktyabr 2013, 13:10

Prezident İlham Əliyev Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul etmişdir.

Yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğuladı. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd etdi. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən Klaudio Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45