15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və “BakuTel – 2015” 21-ci Azərbaycan beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə təbrik edirəm.
Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır. Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün “elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır.
Ölkəmiz “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən “Trans-Avrasiya Böyük İnformasiya Magistralı” və “Avropa – Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.
Ənənəvi xarakter almış bu sərgi və konfrans son nailiyyətlərin nümayişi, təcrübə mübadiləsi və işgüzar əlaqələr baxımından böyük imkanlara malikdir. Bu il milli pavilyonları ilə təmsil olunan ölkələrin sayının daha da çoxalması tədbirinizin əhatə dairəsinin genişləndiyini göstərir. Əminəm ki, iştirakçı dövlətlərin təmsilçiləri, alimləri, mütəxəssisləri, ictimaiyyət və biznes nümayəndələri arasında səmərəli görüşlər, konfransda dinləniləcək məruzə və çıxışlar beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir.
Sizə bu məsul və şərəfli işinizdə yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2015-ci il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına...
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev...
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan...
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50