Azərbaycan - Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur

03 iyun 2010, 14:10
Azərbaycan - Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.

Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzaladılar.

“Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.

“Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Hesablama Palatasının sədri Heydər Əsədov, Belarus tərəfdən Dövlət Nəzarət Komitəsinin sədri Zenon Lomat imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Belarus tərəfdən Dövlət Elm və Texnologiya Komitəsinin sədri İqor Voytov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Belarus tərəfdən rabitə və informasiyalaşdırma naziri Nikolay Panteley imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.

SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57