İlham Əliyev ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterini qəbul etmişdir

28 aprel 2011, 14:15
İlham Əliyev ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterini qəbul etmişdir

Prezident İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətinin tərkibinə Nyu-Cersi ştatından respublikaçı, Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Veteranlar məsələləri üzrə komitələrin üzvü Con Runian, İllinoys ştatından respublikaçı, Enerji və Ticarət komitələrinin üzvü Adam Kinzinger, Viskonsin ştatından respublikaçı, Maliyyə Xidmətləri və İqtisadiyyat komitələrinin üzvü Şon Daffi, Luiziana ştatından demokrat, Milli Təhlükəsizlik və Kiçik Biznes komitələrinin üzvü Sedrik Riçmond, Konnektikut ştatından demokrat, Xarici Əlaqələr, Nəzarət və Hökumət İslahatları komitələrinin üzvü Kristofer Mörfi daxildirlər.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, energetika sahəsində həyata keçirilən əməkdaşlıq və digər sahələrdə əlaqələrin bugünkü vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı və beynəlxalq antiterror əməliyyatlarının həyata keçirilməsi işinə verdiyi töhfə qeyd olunmuşdur.

Görüşdə, həmçinin regional məsələlərə də toxunulmuşdur.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00