XƏBƏRLƏR
19 may 2024
12:00
12:00
Prezident İlham Əliyev Pakistan İslam Respublikasına səfərə gəlib.
İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.
Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.