İlham Əliyev Bolqarıstanın vitse-prezidenti ilə görüşüb

05 may 2017, 18:50
İlham Əliyev Bolqarıstanın vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüb.

Bolqarıstanın vitse-prezidenti İliana İotova beş il bundan əvvəl Bolqarıstan parlamentinin üzvü, indi isə ölkəsinin vitse-prezidenti qismində Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi duyduğunu bildirdi. O, hələ Avropa Parlamentinin deputatı olarkən Azərbaycanla fəal işlədiyini vurğuladı. Bolqarıstanın vitse-prezidenti dedi: “İcazə verin, Bolqarıstan Prezidenti Rumen Radevin çox xoş sözləri və səmimi arzularını özündə əks etdirən və diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinə həsr olunan məktubunu Sizə təqdim edim. Bolqarıstanda bizim münasibətlərimizin dəyərli tarixi çox yaxşı məlumdur və əminəm ki, münasibətlərimizin gələcəyi də çox gözəl olacaq”.

Məktubdakı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ən xoş arzularını və salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi. Bolqarıstan Prezidenti Rumen Radevlə Münxen Təhlükəsizlik Konfransında qısa görüşünü xatırlayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında bundan sonra da yaxşı əməkdaşlığın olacağına əminliyini bildirdi. Prezident İlham Əliyev İliana İotovanı Bolqarıstanın vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı qeyd etdi ki, onun vitse-prezident vəzifəsində ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisidir. İkitərəfli münasibətlərimizin müxtəlif sahələri, o cümlədən siyasi, energetika, mədəniyyət sahələrini əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev vitse-prezident İliana İotovanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını Bolqarıstanın bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirdi.

Bolqarıstanın vitse-prezidenti İliana İotova dedi: “Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Mən hələ tələbə olarkən ilk elmi işim Trapezitsa ilə bağlı idi. Xanım Mehriban Əliyeva, Siz mənim ümdə arzularımı həyata keçirdiniz. Siz Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpasında fəal iştirak etmisiniz”.

Birinci xanım Mehriban Əliyeva xoş sözlərə görə minnətdarlıq edərək dedi: “Çox sağ olun. Mən böyük məmnunluqla əməkdaşlığımızı və birgə fəaliyyətimizi davam etdirəcəyəm. Xahiş edirəm Veliko Tırnovodakı bütün dostlarıma mənim salamlarımı çatdırın”.

Bolqarıstanın vitse-prezidenti İliana İotova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54