İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

17 may 2017, 12:20
İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğuladı və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini dedi.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd etdi ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini dedi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirdi.

Dövlət başçısı Azərbaycanın ixracat potensialının genişləndiyini vurğulayaraq son 4 ayda ölkəmizin qeyri-neft ixracının 22 faiz artdığını dedi.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08