İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib

30 may 2017, 20:30
İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.

Tamir bin Sübhan Əs-Sübhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Tamir bin Sübhan Əs-Sübhan onların adından qrafikinin gərgin olmasına və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə baxmayaraq, Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə etdi, son dövrdə bir neçə dəfə Bakıda olmasından məmnunluğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin dövlət naziri ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkənin rəhbərliyinin bu münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini söylədi. “Biz istəyirik ki, əlaqələrimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxsın”, - deyən Tamir bin Sübhan Əs-Sübhan yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin xalqlarımız arasında səfərlərin artmasını arzuladıqlarını vurğuladı.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanla yenidən görüşməkdən məmnun olduğunu bildirdi. Ərəb-İslam-Amerika Sammitinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, Sammitdən Bakıya qayıdandan sonra bildirib ki, ABŞ Prezidenti Donald Trampın ilk rəsmi səfərini müsəlman ölkəsinə - Səudiyyə Ərəbistanı Krallığına həyata keçirməsi bütün müsəlman aləminə olan hörmətin təzahürüdür. Dövlətimizin başçısı Sammitin çox yaxşı keçdiyini və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu vurğuladı. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunan Prezident İlham Əliyev bu Oyunları müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsi üçün önəmli hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və onun varisinə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:48
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

20 may 2024, 16:48
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:46
“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi...

20 may 2024, 16:46