15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirdi.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.
İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
18 may 2024, 14:34Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan...
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50