14:10
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Prezident İlham Əliyev iyulun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Dünya Neft Konqresinin 22-ci İstanbul toplantısının bu təşkilatın nüfuzunun artmasında mühüm rol oynadığını dedi və tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri bir daha ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da gücləndiyini və bütün istiqamətlər üzrə yaxşı nəticələrin olduğunu vurğuladı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ilk növbədə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakından dərin məmnunluq hissi keçirib. Mövlud Çavuşoğlu Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin ölkəsində böyük razılıq hissi ilə qarşılandığını vurğuladı. Türkiyənin xarici işlər naziri bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində təmas xəttində Azərbaycanın mülki şəxslərinin həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Mövlud Çavuşoğlu bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır. Mövlud Çavuşoğlu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunaraq, bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ”...
17 may 2024, 13:49Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verildi.
17 may 2024, 13:40Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə...
17 may 2024, 13:38Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.
17 may 2024, 13:35Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
17 may 2024, 13:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00