15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Prezident İlham Əliyev Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.
Səfir Xose Esono Miça Akenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xose Esono Miça Akenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı İlham Əliyev Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirdi.
Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulandı, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
18 may 2024, 14:34Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00