İlham Əliyev Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13 mart 2018, 10:35
İlham Əliyev Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğuladı. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Monteneqro parlamentinin sədri İvan Brayoviç Monteneqro Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu dedi. Qonaq bildirdi ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İvan Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Dövlət başçısı Monteneqro Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqronun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57