Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməddən

19 aprel 2018, 19:48

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi.

Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram.

Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür.

Hörmətlə,

Əlahəzrət VI Məhəmməd

Mərakeşin Kralı

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00