İrlandiyanın Prezidenti Maykl Higginsdən

29 may 2018, 18:16

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə İrlandiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, Azərbaycan xalqına isə xoşbəxtlik və rifah arzulayıram.

Hörmətlə,

Maykl Higgins

İrlandiyanın Prezidenti