Oman Sultanı Qabus bin Said Al Saiddan

29 may 2018, 19:43

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimizi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq.

Qabus bin Said Al Said

Oman Sultanı