Maqsud Muradov və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin qayğınızla kəndlərimiz gündən-günə abadlaşır, gözəlləşir, burada yeni inzibati binalar tikilir, sosial problemlərimiz həll olunur. Artıq rayon mərkəzində olduğu kimi, bizim də daimi suyumuz, işığımız və qazımız yanır. Bütün bunlara görə Sizə minnətdarıq.
Cənab Prezident, hazırda Buruc, Güləbatlı, Xoruzlu, Kəbirli, Bayandurlu və Qaradağlı kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun çəkilişi davam edir. Bu yol kənd adamlarının rahat gediş gəlişini, məhsulların bazarlara vaxtında çatdırılmasını təmin edəcək.
Cənab Prezident, biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarıq. Biz Sizə inanır və Sizi dəstəkləyirik. Tanrı Sizi qorusun. Tərtərlilər Sizinlədirlər.
Muradov Maqsud
Bayramov Zakir
Əliyev Yaşar
Orucov Ramil
İsmayılov Alim.
Azərbaycan Respublikası, Tərtər rayonu, Kəbirli kəndi.