15:30
Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan
06 iyun 2018, 18:21Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Monqolustan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Dərin tarixi köklərə malik olan Monqolustan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının genişləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirmək əzmindəyəm.
Əminəm ki, hər iki tərəf münasibətləri yeni səviyyəyə yüksəltmək üçün Monqolustan və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən müdafiə, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və idman sahələrində əlaqələrimizi, eləcə də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirmək istiqamətində mövcud olan böyük imkanlardan tam faydalanacaq.
Zati-aliləri, Sizə möhkəm cansağlığı arzulayır, dost Azərbaycan xalqına isə firavanlıq və inkişaf diləyirəm.
Dərin hörmətlə,
Xaltmaaqiyn Battulqa
Monqolustanın Prezidenti
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14