08 iyun 2018, 17:30
Sədrəddin Muradov və başqalarından, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin tapşırığınızla şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri biz təhsil işçilərini sevindirir. Şəhərimizin gündən-günə gözəlləşməsi, abadlaşması Sizin Naftalan şəhərinə göstərdiyiniz diqqət və qayğının nəticələridir.
Cənab Prezident, Naftalanın kurort mərkəzi kimi keçmiş şöhrətinin bərpa olunması istiqamətində həyata keçirdiyiniz əvəzolunmaz tədbirlərə görə şəhərin təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. Allah Sizi qorusun.
Hörmətlə,
Muradov Sədrəddin Murad oğlu
Qənbərov Elsivar Bayram oğlu
Ədilova Bəsti Möhtəsim qızı
Qasımova Fatma Əziz qızı
Nəbizadə Sevinc Fikrət qızı.
Azərbaycan Respublikası, Naftalan şəhəri.