İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur

20 oktyabr 2011, 11:10
İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur

Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı.

Ölkələrimiz arasında əlaqələrin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edildi.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo