07 may 2024, 11:20

Samir Əliyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə bütün istiqamətlərdə inkişaf əldə olunmaqla hər bir sakinə xüsusi diqqət və qayğının fərdi şəkildə göstərilməsi hiss olunur. Biz gözdən əlillər Sizin sayənizdə mənzillərlə təmin olunmuşuq. Yaşadığımız ərazidə “Şəfəq” qəsəbəsinin yaradılması və yerli idarəçiliyin formalaşdırılması bu kateqoriyadan olan insanların lazımi xidmətlərlə təmin olunmasını daha da asanlaşdıracaq.

Cənab Prezident, Sizə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyev Samir Savalan oğlu, gözdən əlil.

Azərbaycan Respublikası, Abşeron rayonu, “Şəfəq” qəsəbəsi.