İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib

16 fevral 2016, 19:22
İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Regionların 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır.

Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Bu, həm də regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verir.

Dövlət başçısı görülmüş işləri əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, dövlət başçısının 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun inşasına Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə tikintinin başlanması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi uzunluğu 33,8 kilometr olan avtomobil yolunun tikintisinə 2014-cü ilin oktyabrında başlanıb. Yolun tikintisini davam etdirmək məqsədilə Prezidentin 2015-ci il 1 iyul tarixli Sərəncamına əsasən dövlət büdcəsindən yenidən müvafiq maliyyə vəsaiti ayrılıb. Tikinti işləri yüksək standartlar səviyyəsində həyata keçirilib.

Məlumat verildi ki, üçüncü dərəcəli avtomobil yolunun eni 7, yol çiyinlərinin eni isə 2,5 metrdir. Yolun ərazisində 5 su keçidi quraşdırılıb, 2 körpü əsaslı təmir edilib. Yolun yenidən qurulması layihəsi ilə yanaşı, yolboyu yaşayış məntəqələrinin giriş və daxili yollarında da xeyli iş görülüb.

Qeyd olundu ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir. Avtomobil yolu rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10