|
05 may 2011, 16:17
İlham Əliyev Qasımbəyli kənd sakinləri üçün tikilmiş yeni mənzillərlə tanış olmuşdur
Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmamışdır. Prezident İlham Əliyev kənd sakini Bəxtiyar Abışovun evində oldu. Bildirildi ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılmışdır. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılmışdır. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir. Qeyd edildi ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunmuşdur. Qasımbəyli kəndində 74 ev tikilmişdir ki, onlardan 55-i artıq istifadəyə verilmişdir. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilmişdir. Bu evlərin 85-i artıq istifadədir. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılmışdır. Zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilmişdir. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılmışdır. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılmışdır. Sabirabadın bir çox kəndlərində ümumilikdə 13 su keçidi və şlüzlər tikilmişdir. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınmış, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülmüşdür. Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.