|
05 may 2011, 17:00
İlham Əliyev Saatlı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Prezident İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Saatlı rayonuna gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. Dövlət başçısına məlumat verildi ki, rayonda abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri Heydər Əliyev adına park və meydandır. Ümumi ərazisi 5,6 hektar olan park və meydan rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindəndir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, fəvvarə quraşdırılmışdır. Meydanın 5 min kvadratmetrdən artıq hissəsinə milli ornamentli bəzək plitələri döşənmiş, həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.