|
05 may 2011, 17:20
İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialının açılışında iştirak etmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verdi ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yeni yaradılan Saatlı “Aqroservis” filialı rayonda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Ümumi sahəsi 1 hektar olan Saatlı “Aqroservis” filialının tikintisinə 2010-cu ildə başlanmışdır. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılmışdır. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcəkdir. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Filialda 30 nəfər daimi işlə təmin edilmişdir. Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı. Saatlı “Aqroservis” filialındakı texnika ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, buraya, ümumilikdə, 3 milyon 700 min manta dəyərində kənd təsərrüfatı texnikası verilmişdir. Onlardan 2 milyon 900 min manatlıq texnika lizinqə, yerdə qalanı isə filiala verilmişdir. Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da vardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Gəncə avtomobil zavodu arasında bağlanmış müqaviləyə əsasən hər il cəmiyyət zavoddan 500 traktor alır. Bundan əlavə, Gəncə avtomobil zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, cəmiyyət zavoddan 1890 traktor almışdır. Filialın fəaliyyətə başlaması Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalçılarına geniş imkanlar açacaqdır. Buradakı müasir kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bolluğuna da imkan verəcəkdir. Filialda ümumilikdə 290 texnika vardır. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialı ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzuladı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.