17:29

Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun açılışında iştirak etmişdir.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, son illərdə ölkəmizdə davamlı sosial-iqtisadi yüksəliş nəticəsində kənd təsərrüfatının inkişafı ölkənin bütün rayonlarını əhatə etməkdədir. Xüsusilə də heyvandarlığın inkişaf etdirilməsi onunla bağlı bir sıra sahələrin də artımına təkan vermişdir. Bu baxımdan süd və süd məhsullarının istehsalının artımı ilə bağlı olaraq heyvandarlığın inkişaf etdiyi rayonlarda yeni müəssisələr açılır. Bu, həm də dövlətimizin sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir.
Bildirildi ki, Ağcabədi süd emalı zavodunun açılması bu rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, ağartı məhsullarının yüksək keyfiyyətdə istehsalında növbəti uğurlu addımdır. Ümumi ərazisi iki hektar olan bu zavodun qapalı hissəsinin sahəsi 5 min kvadratmetrdir. Zavod beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz edilmişdir. Müəssisənin həyətində yaşıllaşdırma işləri aparılmış, dekorativ gül və ağac kolları əkilmişdir. Zavodun fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə transformator qoyulmuşdur. Zavodda 12 adda müxtəlif ağartı məhsullarının istehsalı nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev zavodu işə saldı.
Qeyd edildi ki, sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Bu məqsədlə ətraf kəndlərdə 5 südtoplama məntəqəsi təşkil edilmişdir. Məntəqələr soyuducu qurğularla təchiz edilmişdir. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işlə təmin edilmişdir.
Dövlət başçısı zavodun istehsal bölməsində iş prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu.
Bildirildi ki, müəssisənin istehsal bölməsində geniş çeşiddə pendir, qatıq, dovğa, ayran, kəsmik, xama, kərə yağı və s. istehsal edilir. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. Sexlərdə quraşdırılan havalandırma sistemi istehsal sahələrində normal temperaturun təmin edilməsinə imkan yaradır. Zavodda süd və süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator yoxlamadan keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.





Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21