İlham Əliyev İsveç Krallığının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir

02 dekabr 2011, 13:00
İlham Əliyev İsveç Krallığının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonun etimadnaməsini qəbul etmişdir.

Səfir Mikael Eriksson fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mikael Eriksson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində sıx əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Azərbaycan-NATO əməkdaşlığı baxımından önəmini qeyd etdi. İsveç şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində iştirakında ölkəmizin maraqlı olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Mikael Eriksson ölkəsinin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi. Ötən həftə İsveç Krallığından olan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini xatırlayan Mikael Eriksson ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün işlərin aparıldığını dedi.

gallery-photogallery-photo