|
21 yanvar 2012, 19:20
İlham Əliyev Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanmışdır. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar vardır. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılmış, həyətyanı sahə yaşıllaşdırılmışdır. Bildirildi ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunmuşdur. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.