İlham Əliyev Cəlilabaddakı istirahət parkında görülən yenidənqurma işləri ilə tanış olmuşdur

31 iyul 2012, 15:00
İlham Əliyev Cəlilabaddakı istirahət parkında görülən yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuşdur.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülmüşdür. Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılmışdır. İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan misilsiz Qələbədə Azərbaycan xalqı da xüsusi rol oynamışdır. Cəlilabadlılar da həmin müharibədə rəşadət göstərmişlər.

Faşizm üzərində Qələbənin qazanılmasında payı olan soydaşlarımızın xidmətlərini həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev onların cəmiyyətdə nüfuzunun daha da qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Bu insanlara hərtərəfli dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu.

Diqqətə çatdırıldı ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların hərtərəfli istirahəti üçün hər cür şərait yaradılmışdır. Burada müxtəlif iaşə obyektləri də fəaliyyət göstərir. Yenidənqurma tədbirləri zamanı müasirlik başlıca meyar götürülmüşdür. İdmançıların məşq etmələri üçün burada müvafiq qurğular quraşdırılmışdır. Bu qurğularda həndbol, voleybol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq mümkündür.

Prezident İlham Əliyevə bildirildi ki, bu park yenidənqurmadan sonra füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Çoxlu sayda dekorativ daş, gül və digər landşaft kompozisiyalarından ibarət guşələr parka xüsusi yaraşıq verir.

Parkda milli memarlıq üslubu beynəlxalq təcrübə ilə məharətlə uzlaşdırılmışdır. Müasir işıqlandırma sistemi, rəngarənglik və layihənin mükəmməlliyi parkın cəlbediciliyini daha da artırır.

Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10