|
09 sentyabr 2012, 13:50
İlham Əliyev Zaqatalada Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir
İlham Əliyev Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir. Əvvəlcə dövlətimizin başçısı yeni tikiləcək məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi, önünə gül dəstəsi qoydu. Azərbaycan Prezidenti məktəbin layihəsini əks etdirən stendə baxdı. Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Bəhmətli kənd orta məktəbinin binası da qəzalı vəziyyətə düşmüşdür. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir. Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu. Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi. Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdilər. ![]() 09 sentyabr 2012, 13:20
İlham Əliyev Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak etmişdir
more...
09 sentyabr 2012, 12:50
İlham Əliyev Zaqatalanın Gözbarax kənd sakini üçün yeni tikilmiş fərdi evdə olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.