İlham Əliyev İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul etmişdir

03 oktyabr 2012, 15:15
İlham Əliyev İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul etmişdir

Prezident İlham Əliyev İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul etmişdir.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu, Foruma marağın getdikcə daha da artdığı bildirildi.

Görüşdə, həmçinin Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.